- Transfer
- 22:02 27.03.2026
"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Florian Virtsin İngiltərənin "Liverpul" klubuna keçidi rəsmiləşib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, 22 yaşlı pleymeyker şəxsi şərtləri razılaşdırdıqdan və tibbi müayinədən uğurla keçdikdən sonra "Liverpul"la uzunmüddətli müqaviləyə imza atıb.
Almamiyalı ilə müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.
Daha öncə mediada yer alan məlumatlara görə, "Liverpul" bu transfer üçün "Bayer Leverkuzen"ə 150 milyon avro ödəyib. Bu rəqəm Virtsi klub tarixinin ən bahalı transferlərindən birinə çevirə bilər.
Geridə qalan mövsümdə Virts bütün turnirlərdə 45 oyunda iştirak edib, 16 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı istedadlı yarımmüdafiəçini 140 milyon avro dəyərində qiymətləndirir.