27 mart 2026. Cümə

"Yuventus" "Mançester Yunayted"in yarımmüdafiəçisi uğrunda mübarizəyə qoşulub


  • Transfer
  • 23:06 20.06.2025
  • Oxunma sayı: 105
"Yuventus" "Mançester Yunayted"in yarımmüdafiəçisi uğrunda mübarizəyə qoşulub

İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Ceydon Sanço karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın "CalcioMercato"ya istinadən yaydığı məlumata görə, "Yuventus" 25 yaşlı futbolçunun transferi üçün "qırmızı şeytanlar"a rəsmi təklif göndərib.

Turin klubu Premyer Liqadakı gələcəyi qeyri-müəyyən olan ingilis futbolçuya ciddi maraq göstərir və onu yeni mövsümdə əsas güc mərkəzlərindən biri kimi görür.

Sanço ilə maraqlanan klublar arasında "Napoli" də yer alır. Məlumata görə, A seriyasının yeni baş məşqçisi Antonio Konte oyunçu ilə birbaşa əlaqə saxlayaraq potensial transferi müzakirə edib.

Qeyd edək ki, Ceydon Sanço ötən mövsümü icarə əsasında "Çelsi"də keçirib. O, London təmsilçisinin heyətində 42 oyuna çıxıb, 5 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb