4 iyul 2026. Şənbə

Martin Zubimendi İngiltərə nəhənginə keçidə yaxındır


  • Transfer
  • 23:22 20.06.2025
  • Oxunma sayı: 157
Martin Zubimendi İngiltərə nəhənginə keçidə yaxındır

"Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Zubimendi "Arsenal"a transferini rəsmiləşdirmək üçün Londona gəlib.

90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı futbolçunun "topçular"a keçidi demək olar ki, tamamlanıb. Yalnız bir neçə hüquqi və texniki prosedurun qaldığı bildirilir.

Qeyd edək ki, daha əvvəl Zubimendinin transferi üçün "Arsenal"ın futbolçunun müqaviləsində yer alan 60 milyon avroluq sərbəstqalma maddəsini ödəməyə hazır olduğu açıqlanmışdı. İspaniya millisinin üzvü ilə uzunmüddətli müqavilə nəzərdə tutulur.

Zubimendi ilə "Liverpul" və "Real Madrid"in də maraqlandığı deyilirdi. Ötən mövsüm futbolçu "Real Sosyedad"ın heyətində bütün turnirlərdə 48 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır