6 dekabr 2025. Şənbə

"Barselona" 19 yaşlı vingeri almağa yaxındır


  • Transfer
  • 17:30 21.06.2025
  • Oxunma sayı: 75
"Barselona" 19 yaşlı vingeri almağa yaxındır

Danimarkanın "Kopenhagen" klubunun vingeri Runi Bardji "Barselona"ya keçməkdə maraqlıdır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Mənbənin verdiyi xəbərə görə, "Barselona"nın 19 yaşlı futbolçu ilə maraqlanması realdır və Bardji özü də bu fürsətdən faydalanmağa hazırdır. Futbolçunun müqaviləsi 6 ay sonra bitəcəyindən, Kataloniya təmsilçiləri isveçlini yayda yalnız iki-üç milyon avroya transfer edə bilərlər. Bu səbəbdən, transferin baş tutması məsələsində hər hansı bir çətinlik yaşanmayacaq.

Bardji, ötən mövsümü çarpaz bağ zədəsi səbəbindən demək olar ki, tamamilə buraxıb və yalnız 6 matçda meydana çıxıb. Bu matçlarda isə heç bir qol vurmağa nail olmayıb.

Transfermarkt ekspertləri isə Runi Bardjinin bazar dəyərini 7,5 milyon avro olaraq qiymətləndirir.







Transfer