6 dekabr 2025. Şənbə

Seballos "Real"dan ayrılmağa hazırlaşır


  • Transfer
  • 17:31 21.06.2025
  • Oxunma sayı: 87
Seballos "Real"dan ayrılmağa hazırlaşır

"Real Madrid" yarımmüdafiəçisi Dani Seballos, klublararası dünya çempionatının qrup mərhələsinin ilk turunda "Əl-Hilal"a qarşı (1:1) oynamayan yeganə əsas oyunçu olmasından məyus olub.

90deqiqe.Az-ın "Sport"a istinadən yaydığı məlumata görə, ispan futbolçu bu vəziyyətə görə narazıdır və ehtimal olunur ki, baş məşqçi Xabi Alonso onu heyətə cəlb etmək istəmir. Bununla yanaşı, "Real Madrid" yarımmüdafiə xəttinə yeni oyunçu almağa məcbur ola bilər, bu isə Seballosun gələcəyini sual altına qoyur.

28 yaşlı futbolçusu "Real Madrid"dən başqa komandaya keçməyə hazır olduğunu bildirib. Seballosun doğma klubu olan "Betis"in futbolçuya maraq göstərdiyi qeyd edilir, lakin məsələnin maliyyə tərəfi problem ola bilər.

Transfermarkt portalına əsasən, Dani Seballosun bazar dəyəri 10 milyon avro təşkil edir.







Transfer