15 iyul 2025. Çərşənbə axşamı

"Atletiko" "Aston Villa"nın müdafiəçisi üçün təklif hazırlayır


  • Transfer
  • 17:41 21.06.2025
  • Oxunma sayı: 44
"Atletiko" "Aston Villa"nın müdafiəçisi üçün təklif hazırlayır

"Aston Villa"nın sol cinah müdafiəçisi Lukas Diqne karyerasını "Atletiko Madrid"də davam etdirə bilər.

90deqiqe.Az-ın "Football Insider"ə istinadən yaydığı məlumata görə, tərəflər artıq mümkün transferlə bağlı danışıqlara başlayıb. Bildirilir ki, “döşək ustaları” futbolçu üçün Birminqhem klubuna 9,4 milyon avroluq açılış təklifi hazırlayır.

2024/25 mövsümündə Diqne bütün turnirlər nəzərə alınmaqla 45 matçda iştirak edib və yeddi məhsuldar ötürmə edib. 31 yaşlı fransızın "Aston Villa" ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədər qüvvədədir. Nüfuzlu Transfermarkt portalının məlumatına görə, futbolçunun dəyəri 10 milyon avrodur.







Transfer

"Benfika"dan "Real"a
  • Transfer
  • 23:25 14.07.2025
"Benfika"dan "Real"a
"Barselona" onu icarəyə verdi
  • Transfer
  • 23:14 14.07.2025
"Barselona" onu icarəyə verdi