6 dekabr 2025. Şənbə

"Atalanta"nın sabiq futbolçusu özünə yeni klub tapıb


  • Transfer
  • 23:32 21.06.2025
  • Oxunma sayı: 85
"Atalanta"nın sabiq futbolçusu özünə yeni klub tapıb

Sloveniyalı təcrübəli yarımmüdafiəçi Yosip İliçiç karyerasını vətənində davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, 37 yaşlı futbolçu Sloveniyanın “Koper” klubu ilə bir illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İliçiç transferlə bağlı fikirlərini də bölüşüb:

"Yenidən evdəyəm. Bu yer mənə ilk illərimdən tanışdır və komandanın uğurlarına töhfə vermək imkanım olduğu üçün çox şadam. Ümid edirəm ki, biz birlikdə azarkeşlərə layiqli nəticələr və gözəl futbol bəxş edə biləcəyik."

Təcrübəli futbolçu peşəkar karyerasına başladığı komandaya – “Koper”ə qayıdıb. O, karyerası ərzində “Maribor”, İtaliyanın “Palermo”, “Fiorentina” və “Atalanta” klublarının da formasını geyinib.

Qeyd edək ki, “Koper” ötən mövsüm Sloveniya çempionatında 66 xal toplayaraq turnir cədvəlində 3-cü yeri tutub.







Transfer