6 dekabr 2025. Şənbə

İlkay Gündoğan transferi sona yaxınlaşır


  • Transfer
  • 19:01 22.06.2025
  • Oxunma sayı: 94
İlkay Gündoğan transferi sona yaxınlaşır

"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan “Qalatasaray”a keçə bilər.

90deqiqe.Az xəbər verir ki, tərəflər arasındakı danışıqlar müsbət istiqamətdə davam edir. Bildirilir ki, 34 yaşlı futbolçu özü də karyerasında yeni bir çağırış istədiyi üçün bu keçidə açıqdır.

Gündoğan 2024/25 mövsümündə bütün turnirlər daxil olmaqla 51 oyunda meydana çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “şəhərlilər”lə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı türkiyəli yarımmüdafiəçinin dəyərini 5 milyon avro olaraq qiymətləndirir.







Transfer