- Transfer
- 22:00 05.12.2025
Fransa millisinin sabiq futbolçusu Adil Raminin “Fənərbaxça”ya keçidi rəsmiləşib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Klub transferin maddi dəyəri haqda açıqlama verməyib.
Qeyd edək ki, Rami son 2 mövsümü “Marsel”də keçirib. O, 21 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.