14 dekabr 2025. Bazar günü

"Əl-Hilal" Viktor Osimhen üçün yeni təklif irəli sürüb - müqavilənin dəyəri 160 milyon avroya çata bilər


  • Transfer
  • 19:07 23.06.2025
  • Oxunma sayı: 76
"Əl-Hilal" Viktor Osimhen üçün yeni təklif irəli sürüb  - müqavilənin dəyəri 160 milyon avroya çata bilər

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Napoli"nin hücumçusu Viktor Osimhenin transferindən hələ də imtina etməyib.

90deqiqe.az "Goal"a istinadən xəbər verir ki,  ərəb klubu 26 yaşlı futbolçu ilə danışıqları yenidən aktivləşdirib və ona möhtəşəm təklif irəli sürüb.

"Əl-Hilal" nigeriyalıya illik 40 milyon avro məvacib təklif edir. Təklif edilən müqavilə üç illikdir və əlavə bir il uzadılma opsiyası da nəzərdə tutulur. Bu təqdirdə, futbolçu ümumilikdə 160 milyon avroya qədər gəlir əldə edə bilər.

Qeyd olunur ki, "Əl-Hilal" Osimhenin hazırkı klubu "Napoli" ilə müqaviləsindəki 75 milyon avroluq transfer bəndini aktivləşdirərək onun transferini reallaşdıra bilər.

Xatırladaq ki, 2024/2025 mövsümündə Viktor Osimhen "Qalatasaray" klubunda icarə əsasında çıxış edib.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı