27 mart 2026. Cümə

"Milan" Qranit Caka üçün hərəkətə keçib


  • Transfer
  • 19:39 23.06.2025
  • Oxunma sayı: 89
"Milan" Qranit Caka üçün hərəkətə keçib

İtaliyanın "Milan" klubu Almaniyanın "Bayer Leverkuzen" komandasının dayaq yarımmüdafiəçisi Qranit Cakanı heyətinə qatmağa hazırlaşır.

90deqiqe.Az-ın məlumatına görə, "rossoneri" bu həftə ərzində İsveçrə millisinin üzvü üçün "Bayer"ə rəsmi transfer təklifi göndərəcək.

32 yaşlı futbolçu artıq "Milan"la şəxsi razılığa gəlib. Müqavilənin 2028-ci ilə qədər qüvvədə olacağı və əlavə bir illik uzadılma opsiyasını əhatə edəcəyi bildirilir.

Əgər tərəflər arasında razılıq əldə olunarsa, bu transfer "Milan"ın orta xəttinə təcrübə və liderlik keyfiyyəti qazandıracaq.

2024/25 mövsümündə Caka "Bayer"in heyətində bütün turnirlər üzrə 49 matçda iştirak edib, 2 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalının məlumatına görə, təcrübəli yarımmüdafiəçinin bazar dəyəri hazırda 12 milyon avro təşkil edir.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb