27 mart 2026. Cümə

"Mançester Yunayted" Nkunku üçün hərəkətə keçib


  • Transfer
  • 19:51 23.06.2025
  • Oxunma sayı: 106
"Mançester Yunayted" Nkunku üçün hərəkətə keçib

Yay transfer dönəmi öncəsi hücum xəttini gücləndirmək istəyən "Mançester Yunayted" diqqətini "Çelsi"nin hücumçusu Kristofer Nkunkuya yönəldib.

90deqiqe.Az-ın "L'Équipe"yə istinadən yaydığı məlumata görə, "qırmızı şeytanlar" artıq 27 yaşlı futbolçunun transferi ilə bağlı ilkin danışıqlara başlayıblar.

Əgər bu transfer reallaşsa, "Mançester Yunayted" heyətinə həm məhsuldar, həm də çevik hücumçu qazandırmış olacaq.

Nkunku 2023-cü ilin yayında "Çelsi"yə transfer olunub. O vaxtdan bəri fransalı forvard London təmsilçisinin heyətində 57 rəsmi oyuna çıxıb, 17 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Məşhur "Transfermarkt" portalının qiymətləndirməsinə əsasən, futbolçunun bazar dəyəri hazırda 35 milyon avro təşkil edir.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb