27 mart 2026. Cümə

"Çelsi" Kolo-Muaninin transferi üçün "PSJ" ilə danışıqlara başlayıb


  • Transfer
  • 20:10 23.06.2025
  • Oxunma sayı: 93
"Çelsi" Kolo-Muaninin transferi üçün "PSJ" ilə danışıqlara başlayıb

İngiltərənin "Çelsi" klubu hazırda icarə əsasında "Yuventus"da çıxış edən "PSJ"nin hücumçusu Randal Kolo-Muanini heyətinə qatmaq istəyir.

90deqiqe.Az-ın "L'Équipe"yə istinadən yaydığı məlumata görə, London təmsilçisinin nümayəndələri artıq Paris klubu ilə ilkin danışıqlara start veriblər.

26 yaşlı forvardın xidmətlərində maraqlı olan "Yuventus" isə onun icarəsini daha bir mövsüm uzatmaq niyyətindədir.

Kolo-Muani geridə qalan A Seriyası mövsümündə "qoca sinyora"nın heyətində 16 oyuna çıxıb, 8 qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb