14 dekabr 2025. Bazar günü

“Arsenal” Rodriqonu transfer etmək istəyir


  • Transfer
  • 20:46 23.06.2025
  • Oxunma sayı: 79
“Arsenal” Rodriqonu transfer etmək istəyir

“Real Madrid”in hücumçusu Rodriqonun yayda klubdan ayrılacağı ilə bağlı xəbərlər gündəmdə qalmaqda davam edir.

90deqiqe.Az-ın "Cadena SER"ə istinadən yaydığı məlumata görə, braziliyalı forvarda “Arsenal” ciddi maraq göstərir. Lakin 24 yaşlı futbolçu qərar verməyə tələsmir, çünki “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın da onu transfer siyahısında saxladığını bilir. London klubu isə futbolçunun agenti ilə ilkin danışıqlar aparıb.

“Real” rəhbərliyi Rodriqonun satışından minimum 90 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Rodriqo klublararası dünya çempionatında “Paçuka” ilə keçirilən oyunda (3:1) meydana çıxmayıb və görüşü ehtiyat oyunçular skamyasından izləyib. Madrid təmsilçisi turnirin növbəti turunda “Zaltsburq”la qarşılaşacaq.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı