- Transfer
- 18:38 24.11.2024
Fransanın Havr klubu heyətini daha bir türkiyəli futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, II liqa təmsilçisi “Bursaspor”un müdafiəçisi Ərtoğrul Ərsoyu transfer edib.22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. O, yeni komandasında 16 nömrəli forma ilə çıxış edəcək. Fransa klubu bu transferə görə Bursa klubuna 750 min avro ödəyib.
Qeyd edək ki, “Havr” bir müddət əvvəl “Bursaspor”dan Umut Meraşla da 4 illik müqavilə imzalamışdı.