6 dekabr 2025. Şənbə

“Yuventus” Sanço üçün “Mançester Yunayted”ə oyunçu dəyişməsini təklif edib


  • Transfer
  • 18:52 24.06.2025
  • Oxunma sayı: 146
“Yuventus” Sanço üçün “Mançester Yunayted”ə oyunçu dəyişməsini təklif edib

“Yuventus” “Mançester Yunayted”in yarımmüdafiəçisi Ceydon Sançonu transfer etmək üçün diqqətçəkən dəyişiklik planı ilə çıxış edib.

90deqiqe.Az-ın "Transfer News Live"yə istinadən məlumatına görə, Turin klubu 25 yaşlı vingerin transferi müqabilində “qırmızı şeytanlar”a iki oyunçudan birini – hücumçu Duşan Vlahoviç və ya yarımmüdafiəçi Duqlas Luisi təklif etməyə hazırdır. Hazırda İtaliya nəhəngi “Mançester Yunayted"lə yanaşı ingilis futbolçunun agenti ilə danışıqları da davam etdirir.

Xatırladaq ki, daha əvvəl Sançonun Türkiyənin “Fənərbağça” klubunun təklifini qəbul etdiyi bildirilmişdi. Lakin İstanbul təmsilçisinin ingilis klubu ilə razılıq əldə etməsi hələlik mümkün olmayıb. “Mançester Yunayted” isə Sançonu heyətdə saxlamaq niyyətində deyil.

Qeyd edək ki, “Transfermarkt” portalı Sançonun dəyərini 28 milyon avro olaraq qiymətləndirir.







Transfer