14 dekabr 2025. Bazar günü

"Bavariya" "Arsenal"ın hücumçusunu istəyir


  • Transfer
  • 20:17 24.06.2025
  • Oxunma sayı: 190
"Bavariya" "Arsenal"ın hücumçusunu istəyir

Almaniyanın "Bavariya" klubu yay transfer dönəmində heyətini gücləndirmək məqsədilə sol cinah oyunçusu axtarışındadır.

90deqiqe.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi "Arsenal"ın braziliyalı vingeri Qabriel Martinellinin transferini mümkün variantlardan biri kimi nəzərdən keçirir. Hələlik futbolçuyla bağlı rəsmi təklif göndərilməyib. Klub daxilindən sızan xəbərlərə əsasən, 24 yaşlı oyunçu transfer siyahısında olsa da, əsas hədəflər arasında yer almır.

Martinellinin "Arsenal"la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Məşhur "Transfermarkt" portalı onun bazar dəyərini 55 milyon avro olaraq qiymətləndirir.

Braziliyalı futbolçu London təmsilçisinin heyətində indiyədək 225 oyuna çıxıb, 51 qol vurub və 29 məhsuldar ötürmə edib.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı