31 mart 2026. Çərşənbə axşamı

“Atletiko” seneqallı müdafiəçi transfer edir


  • Transfer
  • 21:19 24.06.2025
  • Oxunma sayı: 220
“Atletiko” seneqallı müdafiəçi transfer edir

Fransa “Strasburq”unun yarımmüdafiəçisi Habib Diarra karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

90deqiqe.Az "RMC Sport"a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə Madrid “Atletiko”su maraqlanır. Artıq tərəflər ilkin danışıqlara start veriblər.

UEFA Çempionlar Liqasında çıxış etmək istəyən seneqallının özü də bu keçidə müsbət yanaşır. Gənc yarımmüdafiəçinin transferi üçün "Atletiko"nun təxminən 25 milyon avro ödəməli olacağı bildirilir.

Qeyd edək ki, Habib Diarra geridə qalan mövsümdə Fransa Liqa 1-də 30 matçda iştirak edib, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro