Keşlə ilə yollarını ayıran Fuad Bayramovun yeni klubu müəyyənləşib.
Corner.az-ın əldə etdiyi məlumata görə, azərbaycanlı yarımmüdafiəçisi bundan sonra karyerasını Gürcüstanda davam etdirəcək.25 yaşlı futbolçu qonşu ölkənin “Rustavi” klubu ilə razılığa gəlib. Tərəflər 1 illik müqaviləyə imza atıblar.
“Rustavi” Gürcüstan çempionatının cari mövsümündə 25 oyuna 29 xal toplayıb və 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.
Karyerasının böyük hissəsini yetirməsi olduğu “Keşlə”də keçirən Bayramov, bir müddət “Neftçi” və “Şüvəlan”da da çıxış edib.