31 mart 2026. Çərşənbə axşamı

Conatan David “Yuventus”la razılığa gəldi


  • Transfer
  • 23:42 25.06.2025
  • Oxunma sayı: 122
Conatan David “Yuventus”la razılığa gəldi

Kanada millisinin hücumçusu Conatan David “Yuventus”a keçməyə yaxındır.

90deqiqe.Az-ın "Football Italia"ya istinadən məlumatına görə,  tərəflər şəxsi müqavilə şərtlərində razılıq əldə ediblər. Razılaşmaya əsasən, 25 yaşlı forvard illik 6 milyon avro məvacib alacaq.

“Yuventus” Davidin keçidini 2023-cü ildən izləyirdi və indi transferin yekunlaşması an məsələsidir. Hücumçunun xidmətində əvvəllər “İnter” və “Napoli” də maraqlı olub. “Napoli” analoji maliyyə təklifi irəli sürsə də, sonradan geri çəkilib.

David Fransa təmsilçisi “Lill”lə müqaviləsinin başa çatmasının ardından azad agent statusundadır. O, 2024/25 mövsümündə klub səviyyəsində 49 oyuna çıxaraq 25 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalı kanadalı futbolçunu 45 milyon avro dəyərində qiymətləndirir.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro