27 mart 2026. Cümə

Modriç “Milan”da karyerasını davam etdirəcək


  • Transfer
  • 23:58 25.06.2025
  • Oxunma sayı: 141
Modriç “Milan”da karyerasını davam etdirəcək

“Real” klubunun yarımmüdafiəçisi Luka Modriç karyerasını İtaliyanın “Milan” klubunda davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, 39 yaşlı xorvat futbolçu klublararası dünya çempionatının bitməsindən sonra “Milan”la rəsmi müqavilə imzalayacaq. Tərəflər arasında şifahi razılıq artıq əldə olunub və tibbi müayinədən keçib.

Modriç “Real”da 2012-ci ildən çıxış edir. Cari mövsümdə xorvatiyalı, bütün turnirlərdə 59 matça çıxaraq 4 qol vurub və 9 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Real” 27 iyun tarixində klublararası dünya çempionatının qrup mərhələsində “Red Bull Zaltsburq”la son oyununu keçirəcək.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb