- Transfer
- 02:29 09.07.2025
"Milan"ın müdafiəçisi Teo Hernandes Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçməyə yaxındır.
90deqiqe.Az xəbər verir ki, fransalı sol cinah müdafiəçisi “Əl-Hilal”la 4 illik uzunmüddətli müqavilə imzalayacaq. "Milan" da öz növbəsində gələn ilin yayında əmək müqaviləsi başa çatmalı olan futbolçu üçün 25 milyon avro alacaq.
Bildirilir ki, sövdələşmə artıq başa çatmış hesab edilə bilər. Transferin son detalları razılaşdırılıb. Teo Hernandes 2019-cu ilin yayından "Milan"da çıxış edir. Bu müddət ərzində fransalı futbolçu komandanın heyətində 262 oyun keçirib, 34 qol vurub və komanda yoldaşlarına 45 dəfə məhsuldar ötürmə edib.