14 dekabr 2025. Bazar günü

"Milan" İspaniyada Teo Hernandesə əvəzləyici tapıb


  • Transfer
  • 09:26 26.06.2025
  • Oxunma sayı: 129
"Milan" İspaniyada Teo Hernandesə əvəzləyici tapıb

"Vilyarreal"ın sol cinah müdafiəçisi Serxi Kardona "Milan"a keçə bilər.

90deqiqe.Az-ın "El Chiringuito"ya istinadən məlumatına görə, "rossonerilər" ispaniyalının tezliklə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçəcəyi ehtimal olunan Teo Hernandesin potensial əvəzedicisi olduğunu nəzərdən keçirir. "Milan", müqaviləsində 15 milyon avroluq satın alma maddəsi olan Kardonanı almaq imkanını ciddi şəkildə planlaşdırır və futbolçunun agenti ilə əlaqə saxlayıb.

Futbolçu ötən La Liqada 35 oyun keçirib, 1 qol vurub və 7 məhsuldar ötürmə edib. İyulun əvvəlində Transfermarkt tərəfindən 10 milyon avro dəyərində qiymətləndirilən Sarı Sualtı müdafiəçinin 26 yaşı tamam olacaq.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı