- Transfer
- 19:12 13.12.2025
“Parma”nın hücumçusu Anj-Yoan Bonni “İnter”ə keçməyə bir addım daha yaxınlaşıb.
90deqiqe.Az xəbər verir ki, Milan təmsilçisi 21 yaşlı futbolçu üçün təklifini yeniləyib və tərəflər razılaşmaya yaxınlaşıblar.
“İnter” fransalının transfer üçün “Parma”ya 24 milyon avro (bonuslar istisna olmaqla) ödəməyə hazırdır. Razılaşmanın bəzi detalları hələ müzakirə olunur, lakin “neradzurrilər” qarşıdakı günlərdə transferin rəsmiləşəcəyinə əmindirlər.
Bonni geridə qalan A Seriyası mövsümündə 37 oyunda iştirak edib, 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.