14 dekabr 2025. Bazar günü

“Yuventus” Ronald Arauxo üçün təklif hazırlayır


  • Transfer
  • 09:40 26.06.2025
  • Oxunma sayı: 117
“Yuventus” Ronald Arauxo üçün təklif hazırlayır

“Barselona”nın mərkəz müdafiəçisi Ronald Arauxo yenidən “Yuventus”un transfer gündəminə düşüb.

90deqiqe.Az-ın məlumata görə, Turin klubu uruqvaylı futbolçunu heyətinə qatmaq niyyətindədir və yaxın günlərdə onun üçün 25–30 milyon avro aralığında rəsmi təklif göndərə bilər.

Xatırladaq ki, 26 yaşlı müdafiəçi 2024-cü ilin əvvəlində “Barselona” ilə yeni uzunmüddətli müqavilə imzalayıb. Buna baxmayaraq, Kataloniya təmsilçisinin rəhbərliyinin Arauho ilə vidalaşmağa açıq olduğu barədə şayiələr dolaşır.

Geridə qalan mövsümdə Ronald Arauxo La Liqada 25 oyunda meydana çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı müdafiəçinin bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı