Almaniyanın “Ayntraxt” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Frankfurt təmsilçisi “Sportinq”dən Bas Dostu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı hücumçu ilə müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
Almaniya mətbuatının yaydığı məlumata görə, Frankfurt klubu bu transferə görə 10 milyon avro ödəyib.
Qeyd edək ki, “Emmen”in yetirməsi olan Bas Dost, 2016-cı ildən “Sportinq”də çıxış edirdi.