- Transfer
- 00:08 16.07.2025
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun prezidenti Fəhd bin Nafel hazırda ABŞ-da“İnter Mayami”nin hücumçusu Lionel Messinin transferi ilə bağlı danışıqları irəli aparmaq məqsədilə səfərdədir.
90deqiqe.Az-ın "Boing 97.3"ə istinadən məlumatına görə, son günlər ərzində Fəhd bin Nafel futbolçunun atası və eyni zamanda nümayəndəsi olan Xorxe Messi ilə həlledici görüş keçirib. Tərəflər transferin reallaşması üçün razılıq əldə etməyə çalışırlar.
Xatırladaq ki, həm “İnter Mayami”, həm də “Əl-Hilal” klubları hazırda ABŞ-da təşkil olunan 2025 Klub Dünya Çempionatında çıxış edirlər.
38 yaşlı Lionel Messinin “İnter Mayami” ilə mövcud müqaviləsi 31 dekabr 2025-ci ilədək qüvvədədir. Ulduz hücumçu daha əvvəl “Barselona” və PSJ-də çıxış edib. O, futbol karyerasına doğma klubu “Nyuells Old Boys”un akademiyasında başlayıb.