14 dekabr 2025. Bazar günü

Konate “Liverpul”dan ayrılmağa hazırlaşır


  • Transfer
  • 20:55 26.06.2025
  • Oxunma sayı: 136
Konate “Liverpul”dan ayrılmağa hazırlaşır

“Liverpul”un mərkəz müdafiəçisi İbrahima Konate 2026-cı ilin yayında başa çatacaq müqaviləsinin sonunda klubu tərk etməyə hazırlaşır.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Footmercato” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 26 yaşlı futbolçu karyerasında yeni bir çağırış axtarır. “Liverpul” rəhbərliyi Konate ilə müqavilənin müddətini uzatmaq istəsə də, tərəflər razılığa gələ bilməyib.

Fransalı müdafiəçinin vəziyyəti Avropanın bir neçə top-klubunun marağına səbəb olub. Onunla “Real Madrid”, “Barselona” və PSJ yaxından maraqlanır. Konatenin isə ən çox Madrid klubuna keçmək istədiyi qeyd olunur.

Xatırladaq ki, İbrahima Konate “Liverpul”a 2021-ci ilin yayında Almaniyanın “Leyptsiq” klubundan transfer olunmuşdu.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı