27 mart 2026. Cümə

Ronaldo “Əl-Nəsr”lə 575 milyon avroluq rekord müqavilə bağladı


  • Transfer
  • 22:13 26.06.2025
  • Oxunma sayı: 152
Ronaldo “Əl-Nəsr”lə 575 milyon avroluq rekord müqavilə bağladı

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo “Əl-Nəsr” klubu ilə müqaviləsini daha iki il müddətinə uzadıb.

90deqiqe.Az-ın "The Sun"a istinadən məlumatına görə,40 yaşlı hücumçu bu dövr ərzində ümumilikdə 575,64 milyon avro gəlir əldə edəcək ki, bu da idman tarixində rekord göstəricidir.

Mənbənin bildirdiyinə əsasən, Ronaldo illik 178 milyon funt maaş alacaq. Bundan əlavə, ilk ildə 24,5 milyon funt bonus qazanacaq. Əgər müqavilənin ikinci ilini də tamamlayarsa, bu bonusun məbləği 38 milyon funtadək artırılacaq.

Portuqaliyalı hücumçu həmçinin “Əl-Nəsr” klubunun 15 faiz səhmlərinə sahib olacaq. Bu payın dəyəri 33 milyon funt təşkil edir. Onu da qeyd edək ki, Ronaldo Səudiyyə Pro Liqasında “Qızıl buts” mükafatını qazansa, 4 milyon funt, “Əl-Nəsr” klubunun titul əldə etməsi halında isə 8 milyon funt əlavə bonus alacaq.

Bundan əlavə, Ronaldo yerli şirkətlərlə sponsorluq müqavilələri bağlayacaq və bu müqavilələr vasitəsilə təxminən 60 milyon funt gəlir əldə edə bilər.

Müqavilə çərçivəsində futbolçuya 16 nəfərlik şəxsi heyət təqdim olunacaq: üç sürücü, dörd ev işçisi, iki aşpaz, üç bağban və dörd mühafizəçi.

Bütün bu şərtlərlə, Kriştiano Ronaldo iki il ərzində ümumilikdə 500 milyon funtdan çox gəlir əldə etmək imkanına sahib olacaq.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb