- Transfer
- 23:59 26.03.2026
İngiltərənin “Arsenal” klubu “Kristal Pelas”ın hücumçusu Eberi Ezeni yay transfer dönəmi üçün əsas hədəflərindən biri kimi nəzərdən keçirir.
90deqiqe.Az xəbər verir ki, bu barədə məlumatı “talkSPORT” yayıb.
Mənbənin məlumatına görə, London təmsilçisi 26 yaşlı futbolçunun çıxışını yaxından izləyir. Ezeni həmçinin digər bir paytaxt klubu – “Tottenhem” də transfer siyahısına daxil edib. Hücumçunun “Kristal Pelas”la qüvvədə olan müqaviləsində 80 milyon avro qarşılığında transferinə imkan verən xüsusi bənd mövcuddur.
Bildirilir ki, “Arsenal” üçün Ezenin transferi, digər hədəf – “Real Madrid”in vingeri Rodriqoya nisbətən daha sərfəli hesab olunur.
Eze ötən mövsüm klubunun heyətində 43 oyuna çıxaraq 14 qol vurub, 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Kristal Pelas"la müqaviləsi 2027-ci ilin yayına qədər davam edir. "Transfermarkt" futbolçunun bazar dəyərini 55 milyon avro olaraq göstərir.