27 mart 2026. Cümə

Alberto Cillardinonun yeni klubu bəlli oldu


  • Transfer
  • 00:49 27.06.2025
  • Oxunma sayı: 154
Alberto Cillardinonun yeni klubu bəlli oldu

İtaliyanın “Piza” klubu komandanın yeni baş məşqçisini açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, bu vəzifəyə keçmiş hücumçu Alberto Cillardino gətirilib. 43 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. Razılaşmada əlavə bir illik avtomatik uzadılma şərti də yer alıb.

Qeyd edək ki, “Piza” geridə qalan mövsümdə Filippo İnzaqi rəhbərliyi altında B Seriyasını ikinci pillədə tamamlayaraq A Seriyasına vəsiqə qazanıb. İnzagi yay fasiləsində “Palermo”ya keçib.

Cillardino son olaraq 2022–2024-cü illər aralığında “Cenoa”nın baş məşqçisi olub. O, daha əvvəl “Redzato”, “Pro Verçelli” və “Siena” klublarında da çalışıb.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb