13 may 2026. Çərşənbə

Beşiktaş'dan ayrıldı, İtaliyaya gedir


  • Transfer
  • 02:27 28.08.2019
  • Oxunma sayı: 467
Beşiktaş'dan ayrıldı, İtaliyaya gedir
Türkiyənin “Beşiktaş” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Corner.az xəbər verir ki, çilili futbolçu Qari Medel ötən gün komanda yoldaşları ilə görüşərək, klubun düşərgəsindən ayrılıb. O, bundan sonra karyerasını İtaliyada davam etdirəcək. 32 yaşlı futbolçu A Seriyasında çıxış edən “Bolonya” ilə razılaşıb. Artıq İtaliyaya yola düşən çilili yarımmüdafiəçi tezliklə yeni klubu ilə rəsmi müqaviləyə imzalayacaq.
 
Qeyd edək ki, Medel bu müddətdə Türkiyə Super Liqasında 51 oyuna çıxıb, 1 qol vurub.






Transfer