14 iyul 2025. Bazar ertəsi

Paketa “Flamenqo”ya qayıtmaq niyyətindədir


  • Transfer
  • 19:53 28.06.2025
  • Oxunma sayı: 118
Paketa “Flamenqo”ya qayıtmaq niyyətindədir

“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa peşəkar karyerasına başladığı “Flamenqo”ya qayıtmaq istəyir.

90deqiqe.Az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Mənbənin yazdığına görə, Braziliya klubu da 26 yaşlı futbolçunun yenidən komandaya qayıtmasını müsbət qarşılayır. “Vest Hem” hələlik oyunçu ilə vidalaşmağa tələsmir, lakin bu transfer klubun büdcəsinə 30 milyon funt-sterlinq gəlir gətirə bilər.

Qeyd edək ki, Paketa yaxın günlərdə şəxsi “Instagram” hesabında “Flamenqo”nun Klublararası Dünya Çempionatında “Çelsi”yə vurduğu qolu paylaşaraq “Bu, Flamenqodur” qeydi ilə video yerləşdirmişdi.

Xatırladaq ki, İngiltərə Futbol Assosiasiyası daha əvvəl braziliyalı futbolçunu dörd epizodda oyun zamanı bilərəkdən müəyyən hərəkətlər etməklə, öncədən qoyulmuş mərclərə təsir göstərməkdə ittiham edib. Britaniya mediasının məlumatına görə, futbolçuya ömürlük diskvalifikasiya verilə bilər. Paketa isə bu iddiaları qəti şəkildə rədd edir.







Transfer

Moyze Kin Ərəblərə "yox" dedi
  • Transfer
  • 00:23 14.07.2025
Moyze Kin Ərəblərə "yox" dedi
"Traktor"dan növbəti transfer
  • Transfer
  • 20:37 13.07.2025
"Traktor"dan növbəti transfer