6 dekabr 2025. Şənbə

Pol Poqba “Monako” ilə müqavilə imzaladı


  • Transfer
  • 20:33 28.06.2025
  • Oxunma sayı: 225
Pol Poqba “Monako” ilə müqavilə imzaladı

Fransa millisinin sabiq üzvü Pol Poqba karyerasını vətənində davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi “Monako” ilə rəsmi müqavilə bağlayıb.Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Təcrübəli futbolçu ilə anlaşma 2027-ci ilin 30 iyun tarixinə qədər qüvvədə olacaq.

Poqba karyerası ərzində “Mançester Yunayted” və “Yuventus” kimi nəhəng klubların formasını geyinib. O, Avropa Liqasının qalibi, dördqat İtaliya çempionu, iki dəfə İtaliya Kubokunun, üç dəfə isə Superkubokun qalibi olub. Fransa yığmasının heyətində isə 2018-ci ildə dünya çempionluğunu, UEFA Millətlər Liqasının və gümüş Avropa çempionluğu medalını qazanıb.

Qeyd edək ki, dopinq istifadəsi səbəbilə Poqba 4 illik cəzaya məruz qalmışdı. Lakin bu cəza 18 aya endirilib və futbolçu 2024-cü ilin mart ayında diskvalifikasiyasını tam çəkmiş sayılıb.

2023/2024 mövsümündə Poqba “Yuventus”un heyətində cəmi iki oyunda meydana çıxmış və o vaxtdan bəri rəsmi matçlarda iştirak etməmişdi.







Transfer