- Transfer
- 22:00 05.12.2025
“Barselona” növbəti mövsüm üçün komandanın heyətini formalaşdırmaq üzərində işləyir.
90deqiqe.Az-ın “Sport” nəşrinə istinadən məlumatına görə, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik hücum xəttində altı oyunçunun olmasını istəyir.
Hazırda Ansu Fati və Pau Viktora klubdan ayrılmağa yaxındır. Əvəzində “Atletik”in sürətli cinah oyunçusu Niko Uilyamsın komandaya qoşulması artıq planlaşdırılır. Bununla da hücum xətti üçün Flikin sərəncamında dörd əsas oyunçu qalır: Robert Levandovski, Lamin Yamal, Rafinya və Ferran Torres. Beşinci olaraq Niko Uilyams nəzərdə tutulur.
Altıncı futbolçu isə “Mançester Yunayted”in oyunçusu Markus Reşford ola bilər. Flik ingilis hücumçunu çox bəyənir – Reşford həm cinahlarda, həm də mərkəzdə oynaya bilən çox yönlü futbolçudur. “Barselona” artıq futbolçu ilə əlaqə yaradaraq mövcud vəziyyəti izah edib. 27 yaşlı oyunçu vəziyyətin aydınlaşması üçün yay boyunca gözləməli ola bilər. Hələlik klubun maliyyə imkanları bu transferin gerçəkləşib-gerçəkləşməyəcəyini müəyyənləşdirməyə imkan vermir.
Buna baxmayaraq, Markus Reşford “Barselona”ya keçməkdə maraqlıdır və “blauqrana”nın formasını geyinmək istəyir.