"Lokomoti Moskva" ilə yollarını ayıran Manuel Fernandes Türkiyəyə qayıdır.
Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, Portuqaliyalı futbolçu keçmiş komandası "Beşiktaş"la ilkin razılıq əldə edib.
Rusiya təmsilçisindən ayrılan və hazırda azad agent statusu daşıyan 33 yaşlı futbolçu İstanbul nəhənginin 1+1 illik müqavilə təklifini qəbul edib. Keçid rəsmiləşsə, Fernandesin məvacibi 1,1 milyon avro olacaq.
Qeyd edək ki, Manuel Fernandeş 2011-2014-cü illərdə "Beşiktaş"ın çıxış edib.