13 may 2026. Çərşənbə

Geryenin "Neftçi"dəki gəliri açıqlandı


  • Transfer
  • 10:56 28.08.2019
  • Oxunma sayı: 549
Geryenin "Neftçi"dəki gəliri açıqlandı

Bu yay "Qarabağ"la yollarını ayıran Vild-Donald Gerye karyerasını yenidən Azərbaycanda davam etdirməyə hazırlaşır.

Corner.az-ın Haiti mətbuatına saytına istinadən məlumatına görə, 30 yaşlı futbolçu "Neftçi"yə keçəcək.

Məlumatda Geryenin yaxın günlərdə Bakıya gələcəyi və "Neftçi"də tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcəyi bildirilib. Haitili oyunçunun "ağ-qaralar"la 2 illik müqaviləni razılaşdırdığı vurğulanıb. Gerye hazırda lazımi sənədləri gözləyir və bundan sonra ölkəmizə səfər edəcək.

Hətta o da bildirilib ki, Haiti millisinin üzvünün "Neftçi"də aylıq maaşı 35 min dollardan çox olacaq. Həmkarlarımız Geryenin əvvəlcə bu təklifi geri çevirdiyini, lakin daha sonra qəbul etdiyini bildirib. Tərəflər arasında razılığa əsasən müqavilə imzalandıqdan sonra Gerye illik məvacibinin yarısını bəribaşdan alacaq. Hər şey yolunda getsə, futbolçu Premyer Liqanın III turunda "Sumqayıt"la qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki, Vild-Donald Gerye 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib.







Transfer