- Transfer
- 19:12 13.12.2025
"Arsenal" "Valensiya"nın mərkəz müdafiəçisi Kristian Moskera üçün yeni transfer təklifi hazırlayır.
90deqiqe.Az-ın “Goal.com”a istinadən verdiyi məlumata görə, London təmsilçiləri artıq futbolçunun nümayəndələri ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb və tərəflər arasında tam anlaşma əldə olunub.
Buna baxmayaraq, "Valensiya" ilkin 15 milyon avroluq təklifi qəbul etməyib. İngiltərə klubu yaxın saatlarda ispaniyalılar üçün 20 milyon avro məbləğində yeni təklif göndərəcək.
Qeyd edək ki, 21 yaşlı Moskera ötən mövsüm bütün turnirlərdə 41 oyuna çıxıb, 6 sarı vərəqə alıb və 1 qol vurub. Onun "Valensiya" ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.