- Transfer
- 23:59 26.03.2026
Almaniyanın “Bavariya” klubu yay transfer dönəmində hücum xəttinə yeni futbolçu cəlb etməyi planlaşdırır.
90deqiqe.Az-ın “Bild” nəşrinə istinadən verdiyi məlumata görə, Münhen təmsilçisi “Mançester Yunayted”in hücumçusu Markos Reşfordu transfer hədəfləri sırasına daxil edib.
“Bavariya” Reşfordun həm sol cinahda, həm də mərkəz hücumçusu mövqeyində oynaya bilməsini üstünlük hesab edir. Klub futbolçu barədə lazımi skaut məlumatlarını toplayıb və onun transferini ciddi şəkildə nəzərdən keçirir.
İngiltərə millisinin üzvü olan 26 yaşlı futbolçunun transferinə “Mançester Yunayted” də açıqdır. Klub Reşfordu 45 milyon avro qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, Reşford 2024/2025 mövsümünün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirdikdən sonra “Mançester Yunayted”ə qayıdıb.