14 dekabr 2025. Bazar günü

"Nottingem Forest" Fofananın transferi üçün "Lion"la razılığa gəlib


  • Transfer
  • 20:17 01.07.2025
  • Oxunma sayı: 187
"Nottingem Forest" Fofananın transferi üçün "Lion"la razılığa gəlib

İngiltərənin “Nottingem Forest” klubu "Lion"un hücumçusu Malik Fofananı transfer etməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi artıq Fransa klubu ilə razılıq əldə edib. Lakin futbolçunun özü ilə şəxsi müqavilə şərtlərinin razılaşdırılması hələlik baş tutmayıb.

Fofana gələcək karyerasını Çempionlar Liqasında çıxış edən klubda davam etdirməyə üstünlük verir. Məhz bu səbəbdən “Çelsi” hələ də 19 yaşlı futbolçunu heyətinə cəlb etmək ümidini itirməyib.

Qeyd edək ki, maliyyə problemləri ilə üzləşən "Lion"un aşağı liqaya düşmək ehtimalı var. Futbolçunun transfer vəziyyətini “Bavariya” və “Napoli” də yaxından izləyir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı