- Transfer
- 19:12 13.12.2025
İtaliyalı hücumçu Lorenzo İnsinye “Toronto”dan ayrılmağa qərar verib.
90deqiqe.Az xəbər verir ki, son dörd mövsümü MLS təmsilçisi heyətində keçirən futbolçu klubla qarşılıqlı razılaşma əsasında yollarını ayırıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
33 yaşlı forvardın “Toronto” ilə müqaviləsi daha bir mövsüm nəzərdə tutsa da, tərəflər razılığa gələrək əməkdaşlığa vaxtından əvvəl son veriblər.
İnsinye bu mövsüm Kanada klubunun heyətində keçirdiyi 12 matçda cəmi 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçunun İtaliyaya qayıdacağı gözlənilir. Xatırladaq ki, o, “Napoli”nin heyətində uzun illər uğurla çıxış edib və A Seriyada tanınmış simalardan biri olub.