- Transfer
- 19:12 13.12.2025
“Lion”un hücumçusu Georgi Mikautadze karyerasını İngiltərədə davam etdirə bilər.
90deqiqe.Az “Footmercato” nəşrinə istinadən xəbər verir ki, gürcü futbolçunun xidmətində “Sanderlend” klubu maraqlıdır.
İngiltərə təmsilçisi artıq 24 yaşlı forvardın agenti ilə əlaqə saxlayıb.
“Transfermarkt” portalı oyunçunun bazar dəyərini 22 milyon avro olaraq qiymətləndirir.
Geridə qalan mövsümdə Gürcüstan millisinin üzvü “Lion”un heyətində 47 oyuna çıxaraq 17 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Fransa klubu ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.