27 mart 2026. Cümə

"Beşiktaş" “Milan”ın futbolçusunu istəyir


  • Transfer
  • 23:13 01.07.2025
  • Oxunma sayı: 189
"Beşiktaş" “Milan”ın futbolçusunu istəyir

“Milan”da çıxış edən sol cinah yarımmüdafiəçisi Noah Okafor karyerasını "Beşiktaş"da davam etdirə bilər.

90deqiqe.Az-ın “MilanNews” nəşrinə istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi isveçrəli futbolçunun xidmətində maraqlıdır.

"Ağ-qaralar" 23 yaşlı futbolçunun transfer şərtlərini öyrənmək məqsədilə onun nümayəndələri ilə əlaqəyə keçib.

"Beşiktaş" menecerlərdən lazımi məlumatları əldə etdikdən sonra “Milan”la birbaşa danışıqlara başlayacaq.

Nigeriya əsilli isveçrəli futbolçu 2023-cü ilin yayında Avstriyanın “Zalsburq” klubundan 15,5 milyon avroya “Milan”a transfer olunmuşdu. O, 2023/24 mövsümünün ikinci yarısını icarə əsasında “Napoli”də keçirib.

Ötən mövsümdə 25 yaşlı cinah hücumçusu ümumilikdə 21 oyunda meydana çıxıb. Cəmi 595 dəqiqə meydanda olan Okafor bu müddətdə 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb