- Transfer
- 22:00 05.12.2025
İngiltərənin “Liverpul” klubu kolumbiyalı futbolçu Luis Diasın transferi ilə bağlı Münhen “Bavariya”sından daxil olan rəsmi təklifi rədd edib.
90deqiqe.Az-ın məlumatına görə, “Liverpul” rəhbərliyi qarşı tərəfi futbolçunun bu yay transfer dönəmində satılmayacağı barədə məlumatlandırıb və danışıqlara açıq olmadığını bildirib.
Bununla yanaşı, kolumbiyalı futbolçu ilə maraqlanan klublardan biri olan Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası hələlik rəsmi təklif irəli sürməyib və danışıqlara başlamayıb.
Luis Dias 2022-ci ilin yanvarında “Portu”dan “Liverpul”a transfer olunub. 27 yaşlı vingerin “mersisaydlılar”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.