6 dekabr 2025. Şənbə

“Bayer” “Liverpul”un futbolçusunu transfer edib


  • Transfer
  • 19:09 02.07.2025
  • Oxunma sayı: 149
“Bayer” “Liverpul”un futbolçusunu transfer edib

İngiltərə millisinin U-21 komandasında çıxış edən və Avropa çempionu olan mərkəz müdafiəçisi Cərrel Kuanza karyerasını Almaniyada davam etdirəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, "Bayer" klubu “Liverpul”dan 21 yaşlı futbolçunu transfer edib.

Kuanza ilə 2030-cu ilin 30 iyununa qədər müddəti əhatə edən müqavilə imzalanıb.

Gənc müdafiəçi Leverkuzen klubunda 4 nömrəli formanı daşıyacaq.







Transfer