- Transfer
- 02:29 09.07.2025
İtaliyanın “Napoli” klubu “Liverpul”un hücumçusu Darvin Nuneslə bağlı yekun qərarını verib.
90deqiqe.Az-ın “Corriere dello Sport” nəşrinə istinadən məlumatına görə, Neapol klubunun prezidenti Aurelio de Laurentiis uruqvaylı futbolçunun agenti Fali Ramadani ilə görüş keçirib.
Görüşdən sonra klub rəhbərliyi Nunyesin transferinin ciddi şəkildə nəzərdən keçirilməsinə qərar verib.
Bununla belə, əsas çətinlik futbolçunun qiymətidir. “Liverpul” 26 yaşlı hücumçunu ucuz qiymətə buraxmaq niyyətində deyil.
“Transfermarkt” portalı Darvin Nunesin dəyərini 45 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, “Napoli” hücum xəttini gücləndirmək üçün yay transfer dönəmində bir neçə namizədi izləyir və Nunes əsas hədəflərdən biri hesab olunur.