Rusiyanın “Lokomotiv” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Moskva təmsilçisi “İnter”dən Joao Marionu icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu yeni mövsümü icarə əsasında “Lokomotiv”də keçirəcək.
Rusiya klubu mövsümün sonunda 18 milyon avro ödəyərək, Marionun transfer hüquqlarına sahib ola bilər.
Qeyd edək ki, portuqaliyalı yarımmüdafiəçi 2016-cı ildən İnter klubunda çıxış edirdi.