6 dekabr 2025. Şənbə

"Komo" Alvaro Moratanın transferi üçün "Milan"la razılığa gəldi


  • Transfer
  • 21:56 03.07.2025
  • Oxunma sayı: 157
"Komo" Alvaro Moratanın transferi üçün "Milan"la razılığa gəldi

İtaliyanın "Komo" klubu ispan hücumçu Alvaro Moratanın transferi ilə bağlı "Milan"la razılıq əldə edib.

90deqiqe.Az-ın məlumatına görə, klub ispan futbolçu ilə şəxsi müqavilə şərtlərini də razılaşdırıb. İndi yekun qərar Moratanın hazırda icarə əsasında çıxış etdiyi "Qalatasaray"a məxsusdur.

2024/2025 mövsümündə Morata həm "Milan", həm də "Qalatasaray"ın heyətində ümumilikdə 41 oyuna çıxıb, 13 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

32 yaşlı futbolçunun "Transfermarkt" portalına əsasən bazar dəyəri 11 milyon avro olaraq qiymətləndirilir.







Transfer