14 dekabr 2025. Bazar günü

"Brentford" niderlandlı futbolçu ilə gücləndi


  • Transfer
  • 23:49 03.07.2025
  • Oxunma sayı: 153
"Brentford" niderlandlı futbolçu ilə gücləndi

İngiltərənin "Brentford" klubu yarımmüdafiəçi Antoni Milambo ilə müqavilə imzalayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, tərəflər arasında bağlanan müqavilə 5 ili əhatə edir və sənəddə avtomatik uzadılma şərti də yer alıb.

20 yaşlı futbolçu daha öncə Niderlandın “Feyenoord” klubunda çıxış edirdi.

Transferin maliyyə detalları da açıqlanıb. Belə ki, "Brentford" Milambonun keçidi üçün "Feyenoord"a 19 milyon avro ödəyəcək. Əlavə 5 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub.

Ötən mövsüm 43 oyuna çıxan Milambo 7 qol vurub, 9 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc futbolçunun həm mərkəz yarımmüdafiəsində, həm də dayaq zonasındakı oyun keyfiyyətləri xüsusi qeyd olunur.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı