9 iyul 2025. Çərşənbə

“Betis” “Atletiko"nun futbolçusunu transfer etdi


  • Transfer
  • 17:00 04.07.2025
  • Oxunma sayı: 52
“Betis”  “Atletiko"nun futbolçusunu transfer etdi

İspaniyalı yarımmüdafiəçi Rodriqo Rikelme karyerasını “Betis”də davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Sevilya klubunun rəsmi saytı məlumat yayıb.

25 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

O, “Atletiko Madrid”in akademiyasında yetişib və əsas komandada debütünü 2018/2019 mövsümündə gerçəkləşdirib. Sonrakı illərdə “Mirandes”, “Bornmut” və “Jirona”da icarə əsasında çıxış edən Rikelme 2023/2024 mövsümündə yenidən “Atletiko”ya qayıdaraq UEFA Çempionlar Liqasında da forma geyinib.

İspaniyanın müxtəlif yaş qruplarından ibarət yığmalarında müntəzəm çıxış edən futbolçu, 2023-cü ilin noyabrında milli komandanın əsas heyətində debüt edib.







Transfer

"Nyukasl"dan 64 milyonluq transfer
  • Transfer
  • 14:19 08.07.2025
"Nyukasl"dan 64 milyonluq transfer